Cümə axşamı , May 23 2019
Ana səhifə / Gündəm / “O qadın Elmira Qafarovanın qızı deyil” – Şok İDDİA

“O qadın Elmira Qafarovanın qızı deyil” – Şok İDDİA

Ötən gün femida.az saytında Azərbaycan Ali Sovetinin sədri və xarici işlər naziri olmuş mərhum Elmira Qafarovanın qızı olduğu iddia edilən bir xanımın durumu ilə bağlı reportaj yayımlanmış və mediada geniş əks-səda doğurmuşdu.
Bu gün E.Qafarovanın ailəsinin yaxını olduğunu deyən Könül Hüseynova adlı xanım lent.az-a açıqlama verərək bildirib ki, özünü Elmira Qafarovanın qızı kimi təqdim edən qadın yalan danışır: “Mən bu ailəni yaxından tanıyan bir insanam. Elmira xanımın oğlu Oqtayla mən paralel oxumuşam. Baldızım da Oqtayın yoldaşını tanıyır. Məhz ona görə də deyirəm ki, o ailəni yaxşı tanıyıram. Birincisi, o özünü Qafarova İnarə Fuad qızı kimi təqdim edib. Amma onun soyadı Qafarova ola bilməz. Çünki Qafarova soyadı Elmira xanımın qızlıq soyadıdır. Amma onun yoldaşının soyadı Salamov olub. Elmira xanımın iki övladı – Gülnarə və Oqtay Salamov soyadını daşıyıblar. Elmira xanımın iki uşaqdan başqa övladı olmayıb. Gülnarə evin böyük qızı, Oqtay isə kiçik övladıdır. Bu xanım açıqlamasında deyib ki, atası Qafarov Fuaddır. Amma Fuad bəy Qafarov yox, Salamov idi”.
K.Hüseynovanın sözlərinə görə, Elmira Qafarova əslində həmin müsahibədə iddia olunduğu kimi oğlundan öncə yox, ondan bir il sonra vəfat edib: “Özü də onun oğlu faciəvi şəkildə ölüb. Belə ki, dostları ilə birgə dəmiryolu keçidində qatar vurub və orada da dünyasını dəyişib. Oğlunun ölümünə dözə bilməyən Elmira xanım isə bir il sonra dünyasını dəyişib. İnarə xanımın müsahibədə dediyi sözlər həqiqəti əks etdirmir”.
Onu da əlavə edək ki, tanınmış sənətkar Afaq Məlikovanın qızı, Elmira Qafarovanın gəlini Nərminə xanım da redaksiyamıza zəng edərək bildirib ki, Elmira xanımın belə bir qızı yoxdur.

 

Həmçinin oxuyun

Azərbaycanda Prezidentdən sonra ən yüksək maaşı bu şəxs alıb – 12 450 MANAT

Dövlət büdcəsi hesabına ölkə Prezidentindən sonra ən yüksək əmək haqqını ölkəmizin Yaponiyadakı səfiri Gürsel İsmayılzadəyə …

Bir cavab yazın