Ana səhifə / Gündəm / Azərbaycanda eşitmə və görmə qabiliyyətini itirən uşaqların sayı açıqlanıb

Azərbaycanda eşitmə və görmə qabiliyyətini itirən uşaqların sayı açıqlanıb

Azərbaycanda 16 mindən çox zəif görən uşaq var. 
Dövlət Statistika Komitəsindən musavat.com-a verilən xəbərə görə, onların sayı keçən il üçün 16 381 nəfər təşkil edib.
Həmin uşaqlar arasında üstünlük təşkil edən yaş qrupu 11-17 yaşlılardır. 574 uşaq isə görmə qabiliyyətini tamamilə itirib.
Eşitmə qabiliyyətini tamamilə itirən uşaqların sayı isə 1 204 nəfərdir. Zəif eşidənlərin sayına gəlincə, bu rəqəm 3 329 nəfərdir.
Bundan başqa, 6 152 uşağın nitqində qüsur var. Eyni zamanda, 5 190 uşaq əqli cəhətdən zəif inkişaf edib.
5 220 uşaqda isə skolioz xəstəliyi (onurğa sümüyünün əyilməsi) qeydə alınıb. Bununla yanaşı, Azərbaycanda poliomielit və serebral iflic qalığı olan 3 871 uşaq var.

 

Həmçinin oxuyun

Azərbaycanla Ermənistan arasında Qazaxın 4 kəndi ilə bağlı protokol imzalandı

2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin …

Bir cavab yazın