Ana səhifə / Dünya / Ərdoğan Liviyaya hərbi qüvvələrin göndərilməsi ilə bağlı parlamentə müraciət etdi

Ərdoğan Liviyaya hərbi qüvvələrin göndərilməsi ilə bağlı parlamentə müraciət etdi

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Liviyaya hərbi qüvvələrin göndərilməsini təsdiqləyəcək sənədi Böyük Millət Məclisinin (TBMM) müzakirəsinə təqdim edib.
“Anadolu” xəbər verir ki, sənəd yanvarın 2-də parlamentin iclasında müzakirə olunacaq.

Deputatların bu qərarı təsdiqləyəcəyi gözlənilir. “Ədalət və İnkişaf” və “Milliyətçi hərəkat” partiyalarının üzvləri Liviyaya qoşun göndərilməsini dəstəklədiklərini artıq bildiriblər.

Həmçinin oxuyun

Rəisinin Ermənistan səfəri təxirə salındı

İran Prezidenti İbrahim Rəisinin mayın 19-da Ermənistana nəzərdə tutulan səfəri baş verən helikopter qəzası ilə …