Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / “Heç vaxt velosipedim olmayıb” – Əlikram ağladı

“Heç vaxt velosipedim olmayıb” – Əlikram ağladı

ARB TV-nin “Ona qalsa” verilişinin növbəti qonağı müğənni Əlikram Bayramov olub.

Müğənni çətin keçən uşaqlıq illərindən danışıb:

“Həyatım çox əziyyətli olub. Uşaqlıq ili yaşamamışam, velosipedim, oyuncağım, çox şeylərim olmayıb. Həyatımda çatışmayan şeylər elə uşaqlığımdan başlayıb. 2 yaşımda atamı itirmişəm. Anamı həm ana, həm də ata bilmişəm. Məktəbdə 31 uşaq olmuşuq və bir tək mən atasız uşaq kimi böyümüşəm. 

Məktəbdə 31 uşağın içərisində direktor paltar gətirib verirdi ki, Əlikram bunu sənə veriblər. Aparıb o paltarı anamın təndirində yandırmışam. Deyirdim ki, mən o qədər uşaq içərisində o paltarı geyinə bilmərəm. Həyatımla mübarizə aparmışam. Ayaqüstə qalmaq üçün 3-cü sinifdən sahələrdə çalışmışam ki, heç olmasa öz paltarımı özüm ala bilim. Biri ilə sözüm çəp gələndə deməsinlər ki, bu paltarı sənə müəllim verib. Cavan bacımı, anamı itirmişəm. 

Sənətim bir dənədir, bir bu sənəti bilirəm. Məni insanlar tanıyır. Bəzən bu şeyləri danışanda çox ağlamışam. Deyirlər ki, kişilər ağlamaz. Mənə bu söz çox qəribə gəlir. Bir anadan söhbət gedirsə, anamı gözümün önündə itirmişəmsə ağlayaram. Yardım üçün ağlamıram, ayağım yer tutandan özüm öz çörəyimi qazanmışam. Heç kimə deməmişəm ki, mənə kömək elə. Bazarda da işləmişəm, soğan da satmışam, üzüm, pambıq sahəsində çalışmışam. Məni anam qürurlu insan kimi böyüdüb”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …