Ana səhifə / Dünya / Ərdoğan İrana gedir

Ərdoğan İrana gedir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfərinin tarixi açıqlanıb.

Virtualaz.org Türkiyə KİV-ə istinadən bildirir ki, səfər bu il oktyabrın 4-də baş tutacaq.

Səfər zamanı Ərdoğan iranlı həmkarı Həsən Ruhani ilə görüşəcək. Görüşdə iki dövlət arasında münasibətlər, o cümlədən Suriya və İraqdakı mövcud durum müzakirə olunacaq.

Həmçinin oxuyun

Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşdü (FOTO)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səkkiz illik fasilədən sonra ilk dəfə CHP lideri Özgür Özel …

Ana səhifə / İqtisadiyyat / Ərdoğan İrana gedir

Ərdoğan İrana gedir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın zamanlarda İrana səfər edəcək.

İran kütləvi informasiya vasitələrinin məlumatına əsasən, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin Asiya və Okeanya ölkələri üzrə idarəsinin rəisi İbrahim Rəhimpur bildirib.

Tehranda Türkiyə XİN başçısının müavini Ümit Yalçınla görüşdə İranlı diplomat deyib ki, iki ölkə arasında ticarət dövriyyəsini 30 milyard dollar səviyyəsinə çatdırmaq üçün siyasi, ticarət və iqtisadi sahələrdə bütün məsul şəxslərin əməkdaşlıq etməsi vacibdir.

Ümit Yalçın isə vurğulayıb ki, İran və Türkiyə arasındakı əlaqələrin yaxşı istiqamətdə irəliləməsi üçün qarşılıqlı görüşlərin artırılması, iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi böyük əhəmiyyətə malikdir.

Həmçinin oxuyun

İşğaldan azad olunan ərazilərdə bəzi güzəştlər olacaq – VİDEO

İşğaldan azad olunan ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir. …

Bir cavab yazın