Çərşənbə , May 15 2024
Ana səhifə / Dünya / Zina cinayət hesab edilməyəcək

Zina cinayət hesab edilməyəcək

Hindistanda dini nikah olmadan cinsi əlaqə cinayət hesab edilməyəcək. 

Sputnik Türkiyə xəbər verir ki, Hindistan Ali Məhkəməsi “müstəmləkə dövrünün qanunu” olaraq qəbul edilən nikahdan kənar cinsi əlaqənin (zina) cinayət olması qərarını qadınlara qarşı ayrı-seçkilik kimi dəyərləndirərək cinayət kimi hesab edilməməyə qərar verib.

Hindistanda hardasa 100 ildir ki, həyat yoldaşının icazəsi olmadan bir qadınla cinsi əlaqədə olan kişilər cinayətkar hesab edilərək 5 il azadlıqdan məhrum edilirdilər.

5 hakimdən ibarət olan məhkəmə heyəti “zinanı cinayət olaraq dəyərləndirmək geridə qalmış bir addımdır” deyərək daha heç kimin zinaya görə cinayət məsuliyyətinə cəlb edilməyəcəyini bildiriblər.

Məhkəmə həmçinin qeyd edib ki, qanunlar qadınları kişilərin mülkü kimi göstərir.

Xatırladaq ki, ilin əvvəlində bir vətəndaş öz iddiasında zinanı cinayət hesab edən qanunun ayrı-seçkiliyə yol açdığını yazmışdı.

Həmçinin oxuyun

Rüşvət alan ermənipərəst senatorun məhkəməsi başlayıb

Nyu-York ştatının federal məhkəməsində siyasi xidmət müqabilində rüşvət almaqda, habelə Misirin və Qətərin maraqları naminə …