2017-ci ilin əvvəlində İsveçrə, Monako və Erməni Qırmızı Xaç cəmiyyətləri tərəfindən Ermənistandakı qocaların vəziyəti ilə bağlı fikir yaratmaq və onlara kömək edə bilmək üçün bir pilot layihədə vəzifə aldım.

Ermənistana şimalındakı şəhərlərdə və kənd yerlərində olan bəzi tapşırıqlarda iştirak etdiyim üçün yad deyildim. Qoca bir qadın olan Hasmik vasitəsilə orada yaşayan yaşlıların qarşılaşdıqları çətinliklərlə tanış oldum. Onunla soyuq bir otaqda oturduq. Otağın axar suyu, tualeti və istilik sistemi yox idi. Qadın çox az olan təqaüdünü paltar ütüsü vasitəsilə yatağını isti saxlamaq üçün elektrik enerjisinə ödəmişdi. Sobada yandırılacaq odun və kifayət qədər ərzaq belə ala bilmirdi, sadəcə bir günlük çörək alırdı.

Gördüyüm qədərilə bu böyük problem idi. Məsələn 68 min nəfərin yaşadığı Vanadzor şəhərində 20 mindən çox yaşlı insan var. Yaşlı olsalar da bir çoxu özlərini idarə edə bilirlər. Az təqaüdləri ilə ərzaq və istilik kimi əsas ehtiyaclarının qarşılanması üçün pul tapmaq isə savaşdır. Çəkdiyim şəkillərin onların vəziyəti haqqında təsəvvür yaratmasını ümid edirdim.

İlk dəfə 2017-ci ildə Vanadzor və Gümrüdəki yaşlıları ziyarət elədim. Bu ilin əvvəllərində isə Qırmızı Xaçın tibb bacılarının və könüllülərinin köməyi ilə çətinliklərinin nə dərəcədə azaldığı görmək üçün qayıtdım.

Bavakan həyat yoldaşı ilə Gümrünün mərkəzində bir otaqlı evdə yaşayır. Ziyarətimizdən üç il əvvəl maşın qəzasında ayağını sındırıb. O vaxtdan bəri yatalaqdır və evdən çıxmayıb. Artıq Parkinson xəstəliyindən də əziyyət çəkir.

“Varlı bir qadın idim. Hər kəsə kömək edirdim. İndi isə bu vəziyyətdəyəm”-bunları deyib ağlamağa başladı: “ Ölmək bundan yaxşıdır”.

O, iş həyatını tekstil fabrikində keçirib və bu iş ona 35 min dram təqaüd gətirib. Qış aylarında bu pul istilik üçün xərclənir. “Mənim əsl problemim maddidir”-deyir.

“Mən şirniyyatı sevirəm, amma indi onları almaq lüksdür”

Tibb bacıları davamlı gəlməyə başlayana qədər onun tək baxıcısı həyat yoldaşı Razmik idi. Tibb bacılarına sevgiylə “İndi həyat yoldaşıma yemək bişirirəm” deyə danışırdı. “Nə deyirəmsə, onu bişirir”- deyə Bavakan da cavab verir.

Razmik səhər saatlarında 1000 drama (1.60 funt) çay və qəhvə düzəldir. Pul sıxıntılarına baxmayaraq tibb bacılarının həyat yoldaşına baxmasının bir kömək olduğunu deyir: “İşlərindən çox məmnunuq və bir yerdə yaxşı vaxt keçiririk.”

Larisa Sovet vaxtından qalmış bir xarabalığın 4-cü mərtəbəsində yaşayır. Qırıq ayağına görə yatalaq olması ilə yanaşı astması da var. Hərəkət etməyən Larisa mətbəxdə yatır. Tək yaşayır və çox soyuq olduğu üçün onunla bir yerdə qalmayan qardaşı hər gün onu ziyarət edir. Elektrik, istilik və axar su yoxdur. Qırmızı Xaç tualetə başqa qonşunun evinə getməli olur.

Qardaşı gələndə Larisanın yatağının yanında olan kresloda şam yandırır. Larisa bundan daha çox istifadə etmək istəsə, amma şam aşsa, döşəmə alovlansa, kömək üçün ona çata bilməyəcəyindən qorxur. Ziyarət etdiyim digər yaşlılar kimi, onun da Rusiyada yaşayan və ona baxmayan bir oğlu var.

Qalyanın Vanadzordakı tək otaqlı evindəki qaz iyisi bir gün əvvəlki sızıntının nəticəsidir. Erməni Qırmızı Xaçının tibb bacısı Gohar “Qonşu gəlməsə, ölə bilərəm. Heç bir iy hiss etmədim”- deyir.

Artıq 5-ci mərtəbədən düşməyən Qalyanın dünyası mətbəxə atılan yatağının bir küncündən ibarətdir.

Qalya qonşularının xeyirxahlığı nəticəsində sağ qalır. Bir gün əvvəl başqa bir qonşusu ona biraz ət gətirmişdi, amma Qalya artıq yemək bişirə bilmir. Buna görə də bütün gün ac qalır. Bu cür sıxıntılar ona yad deyil- 1988-ci ildə başlayan Dağlıq Qarabağ münaqişəsindən sonra uşaqları ilə Bakıdan qaçıblar.

Onun kədəri üzündə yazılıb. Həm ayağında, həm də topuqlarında şiş var. Lakin ən yaxın klinikaya belə gedə bilmədiyi və maddi imkanı olmadığı üçün ona uyğun diaqnoz qoyulmur. Gohar Qalya üçün qayğanaq bişirəndə o, gülümsəyir: “Ziyarətlərinə öyrəşməyə başladım. Burda olmayanda onun üçün darıxıram. O olmasa, indi ölmüşdüm”.

Bir il sonra Qalya bir erməni təşkilatı tərəfindən qocalar evinə yerləşdirilib.

Gevorq diabet, yüksək təzyiq, ateroskleroz (damarların sərtləşməsi) və atrittən əziyyət çəkir. Dərmanlarını hər gün atmalıdır, ancaq ayın axırında dərmanlar bitir və təqaüdünü alana qədər dərmanlarını ala bilmir. Bu da onu infarkt və iflic keçirmə riskləri ilə üz-üzə qoyur.

Bir zamanlar yenidən evlənmək istədiyi üçün uşaqları Gevorqu tərk edib. Onu qoca bir qonşusu ziyarət edir: “Sobanın yanında oturduq və köhnə gözəl günləri yad edirik. Keçmişdə çox varlı idim. Bir anbar işçisi kimi çalışırdım. Çex respublikasında insanların adını belə eşitmədiyi şeylərəsahib olurdum. İndi otağımı belə isidə bilmirəm. Ya sobanın yanında otururam ya da isinmək üçün yatağımda qalıram.”

Pul qabını açır: “Ayın sonuna qədər saxladığım bu 220 dram ancaq çörək almağa çatır. Rəqəmsal televizyaya ödəmək üçün aylıq 10 min dramı tapa bilmədiyim üçün vaxtımı oxumaqla keçirirəm.”

Qışda Gevorq gününün böyük bir hissəsini sobanı yandırmaq üçün küçələrdə karton axtarmaqla keçirir. Yazda isə Gevorq gündə 500 dram qazanmaq üçün kilsə yaxınlığında boyunbağı və qolbaqlar satır.

2018-ci ildə Gevorqu Qırmızı Xaçda tibb bacısı olan Qayane və Armine ilə ziyarət edirəm. Gevorqun balaca evinə girəndə təsəlli sözləri belə gözyaşlarını əngəlləyə bilmədi. Qırmızı Xaçın yerli şöbəsi vasitəsilə Gevorqun ehtiyacı olan dərmanlar tapıldı, kirli paltarları yuyulmaq üçün aparıldı və tibb bacıları, xidmətçilər evin isti qalması üçün yetərli qədər odun gətirdi. Ziyarət etdiyim digər yaşlılar kimi, paltar və dərman üçün təşəkkür etdilər. Amma ən çox minnətdar olduqları şey tibb bacılarının həftədə 2 dəfə onları ziyarətə gəlməsidir. Gevorqun qonşusu iki səfərimiz arasında öldü və indi onun ziyarətçisi sadəcə Qırmızı Xaçın tibb bacılarıdır.

Vanadzor vətəndaşlarının çoxu Sovet İttifaqı dağılana qədər həyatlarını şəhərin kimyəvi və tekstil fabriklərində keçiriblər. Asya hər ikisində də çalışıb. Əvvəlcə bir kimya fabrikində, sonra isə tekstil fabrikibndə işləyib. Gohar və Narinin ziyarət etdikləri bir çox yaşlıdan fərqli olaraq , Asyanın ona baxan iki oğlu var. İki il əvvəl iflic olub, həkimlər çox yaşamayacağını deyiblər. Onu 2017-də ziyarət edəndə yatalaq və köməksiz idi. Yaşamaq həvəsini itirdiyini demişdi.

Yaxın dövrlərdə xəstə insanlarla işləməyə yeni başlayan Narine dəfələrlə bu işin çətin olduğunu deyirdi. “Ən çətin hissəsi psixoloji vəziyətləri haqqında danışmaqdır. Ümumiyyətlə yaşlı insanlardan fərqlidirlər. Bəziləri ilə uşaq kimi davranmalı və səbrli olmalısan.”

Şəklini çəkdiyim yaşlı insanların növbəti qışdan çıxa bilməyəcəyi barəsində narahat idim. Asya şəkliçəkildikdən bir neçə ay sonra öldü.

Hranuş 1988-ci ildə Spitak zəlzələsində oğlunu itirəndən sonra açıq hava tualetləri olan müvəqqəti yaşayış düşərgələrində yaşayır.

Hranuş yerli sosialxidmətlərin siyahısında tək və ehtiyac içində yaşayan 4 min yaşlı adamdan biridir. Qaz xəttindən və telefondan istifadə edə bilmir. Lakin iki otaqlı evini səliqəli saxlayaraq yaşayır. Yemək bişirməyi və su daşımağı bir qonşusuna həvalə edib.

Qırmızı Xaç layihəsindən faydalanan biri olduğu üçün Hranuşhəyat şəraitinin sözlə ifadə olunmayacaq dərəcədə dəyişdiyini bildirir. Gohar və ailəsi kimi ona da bir neçə tibb bacısı həftədə iki dəfə kömək edirlər.

“Qızım kimidirlər!”- Hranuş gülərək deyir. Ziyarətçilərinin evini təmizləməsini istəməyən Hranuş ancaq qonşularının işləməsini və vedrələrini su ilə doldurmasını istəyir.

Lena Gümrü ətrafında beton zəmini olan qarajda tək yaşayır. Qaraj soyuq, qaranlıq və nəmlidir. Tək lampa yanır. Sobanın yanında təqaüdü ilə aldığı nəm odun var idi. Şkafları boşdur. Gözyaşları içində çantasının da boş olduğunu göstərir. Tək sahib olduğu şeylər bəzi rəsmi sənədlər və yastığının altında olan İncil idi.

Lenanın 6 bacı və qardaşının hamısı ölüb. 70 yaşında olan oğlu Rusiyada yaşayır. Anasına baxmaq üçün Gümrüyə qayıda bilməyəcək qədər xəstədir. Lena dərman və bəzən yemək almaq üçün bəzi qonşularına ağız açır. Gözləri xəstədir.

Qırmızı Xaçdan tibb bacısı Svetlana Lenanın layihədən faydalanıb faydalanmadığını görmək üçün burdadır. Lena 3 aydır çimmədiyini deyir. Qonşuların ona çimməyi təklif etdiyini, ancaq çox utancaq olduğu üçün rədd etdiyini deyir.

Qırmızı Xaç indi Lenanı öz layihələrinə əlavə edib. Ancaq görmə qabiliyyəti artıq heç kimi seçə bilməyəcək qədər pisləşib. Ətrafında olan bütün şüşə əşyaları qırdığı üçün artıq alüminium stəkanlardan istifadə edir. Qırmızı Xaç Lenanın gözlərini sağalda biləcək yardım fondu axtarır. 2018-ci ildə baş tutan ziyarətimdə ondan keçən dəfəki İncili soruşdum. “Artıq yoxdur. Sahibi onu məndən aldı.”-dedi.