Ana səhifə / Dünya / ÜST-dən xəbərdarlıq: “Dünya hələ ən pisini görməyib”

ÜST-dən xəbərdarlıq: “Dünya hələ ən pisini görməyib”

Dünya hələ də ən pis vəziyyəti görməyib.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus çıxış edib.

ÜST rəhbəri epidemiyanın aradan qaldırılması üçün dünyanın milli və qlobal miqyasda birlikdə hərəkət etməli olduğunu vurğulayıb.

Epidemiyaya qarşı qlobal həmrəylik və milli birliyin vacibliyindən danışan Qebreyesus bunları söyləyib:

“Bu ikisi olmasa, inanın ki, ən pisi bizi gözləyir. Gəlin, bu faciənin qarşısını alaq. Bu elə bir virusdur ki, insanların əksəriyyəti hələ bunun fərqində deyil”.

Həmçinin oxuyun

Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşdü (FOTO)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səkkiz illik fasilədən sonra ilk dəfə CHP lideri Özgür Özel …