Cümə axşamı , May 9 2024
Ana səhifə / Dünya / Trampın şəkli olan corabla onun görüşünə getdi – Gündəm oldu

Trampın şəkli olan corabla onun görüşünə getdi – Gündəm oldu

ABŞ-ın Luiziana ştatının vitse-qubernatoru Billi Nanqesser Donald Trampla görüşə qeyri-adi görkəmdə gəlib.

“Qafqazinfo” xəbər verir ki, görüş ABŞ prezidentinin ştata səfəri zamanı baş tutub. Prezidentlə görüşdən çəkilən fotonu Nanqesser tvitter hesabından paylaşıb. Fotoda qubernatorun Trampın portreti əks olunan zolaqlı corabları diqqətdən qaçmayıb.

Nanqesser, eyni zamanda qeyd edib ki, Trampdan “American Idol” teleşousunun yerli iştirakçısını dəstəkləməyi xahiş edib. Tramp isə “baxarıq, nə etmək olur” cavabını verib. 

Qeyd edək ki, vitse-qubernatorun corabları “Amazon” saytında 27,49 dollara satılır. 

Həmçinin oxuyun

Rusiyada Telman İsmayılova yeni cinayət işinin açıldığı bildirilir

Rusiyanın “Çerkizovski” bazarının keçmiş sahibi Telman İsmayılovun cinayət işində yeni epizodlar ortaya çıxıb. Bu barədə …