Çərşənbə , May 15 2024
Ana səhifə / Dünya / Saakaşvili qətiyyətlə bəyan etdi: “Gürcüstana qayıdıram!”

Saakaşvili qətiyyətlə bəyan etdi: “Gürcüstana qayıdıram!”

Gürcüstanın keçmiş prezidenti və indi Ukrayna Milli İslahatlar Şurasının icraiyyə komitəsinin rəhbəri Mixail Saakaşvili parlament seçkilərinin keçiriləcəyi Gürcüstana qayıdacağını açıqlayıb. 
Qaynarinfo xəbər verir ki, o bu haqda öz Feysbuk səhifəsində yerləşdirdiyi bir videoda bildirib.

Saakaşvili Ukraynanı özünün “ikinci ev”i adlandırıb və vətəninə qayıtmaq niyyətində olduğunu vurğulayıb: “Bir vaxtlar bura ana yurdumdan gəldim, şirin Gürcüstandan”. Əlavə edib ki, son 7 ildə çox şey baş verib və o, səhv etməmək üçün kifayət qədər təcrübə qazanıb. Eyni zamanda etiraf edib ki, onun prezidentliyi dövründə belə səhvlər buraxılıb.
Saakaşvili gürcülərdən onu bağışlamalarını da istəyib. Eks-prezident qeyd edib ki, ölkəsinin və xalqının daha yaxşı və daha zəngin yaşamasını istəyir və bunun üçün öz səylərini göstərmək niyyətindədir. “Qayıdıram!” – Saakaşvili inamla əlavə edib.
Xatırladaq ki, Gürcüstanda Saakaşvili bir sıra cinayət işlərində qiyabi olaraq həbs cəzasına məhkum edilib, buna görə vətəninə qayımaqla dəmir barmaqlıqlar arxasına düşə bilər.

Həmçinin oxuyun

Rüşvət alan ermənipərəst senatorun məhkəməsi başlayıb

Nyu-York ştatının federal məhkəməsində siyasi xidmət müqabilində rüşvət almaqda, habelə Misirin və Qətərin maraqları naminə …