Ana səhifə / İqtisadiyyat / “Limit qərarı daxili istehsalçını qoruyan bir qərardır” – Deputat

“Limit qərarı daxili istehsalçını qoruyan bir qərardır” – Deputat

Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na etdiyi dəyişiklik sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.

Amma bir sıra ekspertlər bildirir ki, bir çox xarici ölkələrdə bənzər qərarlar qəbul olunur və bu, daxili sahibkarlığın inkişafına istiqamətlənib.

Məsələ ilə bağlı “Report”a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, verilən hər bir qərar vətəndaşlarımızın həyat şəraitinin yüksəldilməsi üçün nəzərdə tutulur:

“Bu qərar da daxili istehsalın stimullaşdırılmasına, hər şeyin kənardan gətirilməsinin qarşının alınmasına xidmət edir. Yerli istehsal da o qədər keyfiyyətə uğun olmalıdır ki, rəqabət apara bilsin. İnsanlar bir şey alanda daha çox keyfiyyətə üstünlük verir. Biz adi tikinti materialı alanda Türkiyədən və ya Avropadan gətirilən mallara üstünlük veririk. Əlbəttə, bu, həmin malın keyfiyyətinə görədir. İnsanların keyfiyyətli xidmət almaq hüququ var”.

Deputat qeyd edib ki, qərarın bu qədər müzakirə olunmasına səbəb bir qisim vətəndaşımız üçün məhdudlaşdırıcı təsirinin olmasıdır: “Alıcıların bu mənada haqqı var. Lakin dövlətimiz də daxili istehsalı qorumaq üçün belə bir addım atmalıdır. Bir daha qeyd edim ki, burada standartlar qaldırılmalıdır. Daxili istehsalda keyfiyyət o qədər yüksəlməlidir ki, alıcı başqa ölkədən olan mallara üstünlük verməsin. Bu qərar daxili istehsalçını qoruyan bir qərardır, lakin qərarda bir yumşaldıcı variant da tapıla bilər. Zəruri elə mallar var ki, onların istehsal keyfiyyəti bizdə çox da yüksək səviyyədə deyil, amma onun xaricdən alınmasına imkan yaradıla bilər. İstehsal keyfiyyəti yüksək olan sahələrdə sözügedən qərarı tətbiq etmək doğrudur, həm də daxili istehsalın qorumuş olarıq. Birinci növbədə isə yerli məhsulların keyfiyyətini qaldırmalıyıq”.

F.Mustafa həmçinin əlavə edib ki, balansı qorumaq üçün Milli Məclisdə təklif də irəli sürmək olar, bunu xüsusi çeşidləmək lazımdır ki, hansı sahələrdə qərarın tətbiqi daha yüksək nəticə verər.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …