Ana səhifə / Dünya / Rusiyanın kosmik gəmisi qəzaya uğrayıb

Rusiyanın kosmik gəmisi qəzaya uğrayıb

Rusiyanın son 47 ildə ilk dəfə Aya göndərdiyi kosmik gəmi qəzaya uğrayıb. Luna-25 nəzarətdən çıxıb və Ayın səthinə çırpılıb. 

Rusiyanın son 47 ildə ilk dəfə Aya göndərdiyi kosmik gəmi qəzaya uğrayıb. Luna-25 nəzarətdən çıxıb və Ayın səthinə çırpılıb.

Bu haqda Rusiyanın aerokosmik agentliyi Roskosmos məlumat verib.

Reuters bildirir ki, bu nüfuzlu missiyanın iflasa uğraması Rusiya kosmik gücünün necə zəiflədiyini göstərir.

Sovet İttifaqı kosmik proqramının uğurları arasında 1957-ci il oktyabrın 4-də Yerin ilk süni peykinin buraxılması, 12 aprel 1961-ci ildə ilk insanın kosmosa uçuşu və 19 martın 1965-ci ildə ilk insanın açıq kosmosa çıxışı vardır.

Rusiya Aya 1976-cı, Leonid Brejnevdən sonra heyət göndərməyə cəhd etməmişdi. Luna 25 avqustun 21-də Ayın cənub qütbünə yüngül eniş etməli idi.

Reuters yazır ki, Rusiyanın əsas rəqibi Hindistandır. Hindistan Chandrayaan-3 kosmik gəmisinin bu həftə Ayın cənubuna eniş etməsi gözlənilir.

Ümumilikdə isə Rusiya kosmosda böyük ambisiyaları olan Çin və ABŞ-a rəqibdir.

Həmçinin oxuyun

Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşdü (FOTO)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səkkiz illik fasilədən sonra ilk dəfə CHP lideri Özgür Özel …