Cümə axşamı , May 9 2024
Ana səhifə / Dünya / Rusiyada vətəndaşlıq alınması qaydalarında dəyişiklik olunacaq- Detallar

Rusiyada vətəndaşlıq alınması qaydalarında dəyişiklik olunacaq- Detallar

Rusiya vətəndaşlığı alınması qaydalarına dəyişiklik oluna bilər.

Azərtac xəbər verir ki, Rusiya vətəndaşlığını almaq istəyən əcnəbilər əvvəlki vətəndaşlıqlarını da saxlaya bilərlər.

Bu təklif Rusiya İqtisadi İnkişaf Nazirliyinin 2020-2022-ci illər üçün federal dövlət büdcəsinə əlavə etdiyi sənədlərdə əksini tapıb. Nazirliyin məlumatına görə, gələcəkdə Rusiya ikinci vətəndaşlıqdan imtina tələbini ləğv edə bilər.

Bundan əlavə, Rusiya ali məktəblərində, eləcə də MDB və Baltikyanı dövlətlərin aparıcı universitetlərində təhsil almış əcnəbilərin ölkədə müvəqqəti qalmaq və yaşamaq, vətəndaşlıq almaq qaydaları asanlaşdırılacaq.

Həmçinin oxuyun

Qırğızıstan-Tacikistan sərhədində atışma baş verib

Qırğızıstan və Tacikistan sərhədində atışma hadisəsi meydana gəlib. AzVision.az xəbər verir ki, hadisə ilə bağlı Qırğızıstanın …