Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Dünya / Rusiya Arktikada 500-ə yaxın hərbi obyekt tikib

Rusiya Arktikada 500-ə yaxın hərbi obyekt tikib

“Rusiya Müdafiə Nazirliyi 2012-ci ildən Arktikada 475 hərbi infrastruktur obyekti tikib”.

 Trend xəbər verir ki, bunu ölkənin müdafiə naziri Sergey Şoyqu Rusiya Dövlət Dumasının müdafiə komitəsinin iclasında deyib.

Nazir bildirib ki, 2018-ci ilin sonunadək Kotelnı, Aleksandra Torpağı, Vrangel adalarında və Şmidt burnunda tikilmiş obyektlərin ümumi sahəsi 710 min kvadrat metrdən çoxdur.

Onun sözlərinə görə, Arktikadakı hərbi obyektlərdə hərbi qulluqçular, xüsusi silah-sursat və texnika yerləşdirilib.

Həmçinin oxuyun

Rüşvət alan ermənipərəst senatorun məhkəməsi başlayıb

Nyu-York ştatının federal məhkəməsində siyasi xidmət müqabilində rüşvət almaqda, habelə Misirin və Qətərin maraqları naminə …