Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Bu dəfə Aygün Röyaya söz atdı – FOTO

Bu dəfə Aygün Röyaya söz atdı – FOTO

Bu dəfə xalq artisti Aygün Kazımova əməkdar artist Röya Ayxana söz atıb. 

Milli.Az bildirir ki, sənətçi İnstaqram səhifəsində “story” bölümündə “Crystal hall” konsertindən bir foto yayımlayaraq “Həmkarlarıma qismət olsun” sözlərini yazıb. 

Qeyd edək ki, Röya bir neçə gün əvvəl sözügedən konsert məkanında layihə edəcəyini açıqlayıb. İfaçı konsertə artıq 2 ildir hazırlaşdığını söyləyib. Röya bildirib ki, Beyonsun konsertində səhnəyə qurulan işıqları Azərbaycana gətirəcək. 

“Allah hamıya qismət eləsin” deyərək, Röya sözlərinə əlavə edib. Onun açıqlamasından sonra 2017-ci ildə “Crystal hall”da ilk dəfə solo konsert verən azərbaycanlı ifaçı olan Aygünün belə paylaşım etməsi söz-söhbətə səbəb olub. Sosial şəbəkədə yayılan paylaşımın altından istifadəçilər onun R.Ayxana söz atdığını qeyd ediblər. 

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …