Cümə axşamı , May 9 2024
Ana səhifə / Dünya / “Rus nefti yerinə, qazax neftini alın“ – Tokayev

“Rus nefti yerinə, qazax neftini alın“ – Tokayev

“Qazaxıstan dünya və Avropa bazarlarında vəziyyəti sabitləşdirmək üçün öz karbohidrogen potensialından istifadə etməyə hazırdır”.

Bunu prezident Qasım-Jomart Tokayev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə telefon danışığı zamanı deyib.

Onun mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur:

“Prezident, həmçinin, Avropa İttifaqını alternativ transkontinental dəhlizlərin, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafında əməkdaşlığa çağırıb. Qasım-Jomart Tokayev dünyanın enerji təhlükəsizliyinə təhdidlərdən narahatlığını bildirib. Onun sözlərinə görə, Qazaxıstan dünya və Avropa bazarlarında vəziyyəti sabitləşdirmək üçün öz karbohidrogen potensialından istifadə etməyə hazırdır”.

Qazaıstan prezidenti Ş Mişelə xatırladıb ki, ölkəsi Mərkəzi Asiyada Avropa İttifaqı ilə Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalayan ilk ölkədir və bu, Qazaxıstan və Aİ arasında münasibətləri “yeni səviyyəyə” gətirib.

“Ölkəmiz Qazaxıstanın ən böyük ticarət tərəfdaşı olan Aİ ilə davamlı əlaqələri inkişaf etdirməyə sadiqdir”.

Həmçinin oxuyun

Rusiyada Telman İsmayılova yeni cinayət işinin açıldığı bildirilir

Rusiyanın “Çerkizovski” bazarının keçmiş sahibi Telman İsmayılovun cinayət işində yeni epizodlar ortaya çıxıb. Bu barədə …