Ana səhifə / Dünya / Minlərlə iranlı hakimiyyətə dəstək mitinqinə çıxdı

Minlərlə iranlı hakimiyyətə dəstək mitinqinə çıxdı

İranda hökumətə və bu yaxınlardakı etiraz aksiyalarının qınanmasına dəstəyin əlaməti olaraq dinc nümayişlər ikinci gündür davam edir. Nümayişlərdə bir neçə min insan iştirak edib. Aksiyalar bütün ölkə üzrə keçirilir.

Daha əvvəl “IRNA” agentliyi bildirirdi ki, dünənki cümə namazının ardınca Tehran əyalətinin bütün şəhərlərində ölkədə baş verən son hadisələri qınamaq məqsədilə kütləvi aksiyalar keçirilib.

İştirakçılar son günlər bəzi şəhərlərdə asayişi pozaraq insanların malına ziyan vuran şəxslərin hərəkətlərini pisləyiblər. Yürüş paytaxt Tehranla yanaşı, əyalətin bir neçə şəhərində, o cümlədən Dəmavənd, Pərdisdə təşkil olunub. Əhali “Fitnə yaradanlara ölüm!”, “Amerikaya ölüm!” şüarları səsləndirib, iğtişaşçıların hərəkətlərini və əcnəbi ölkələrin müdaxilələrini qınayıblar.

Təbriz şəhərində də son hadisələr əleyhinə etiraz yürüşü təşkil olunub. (Modern.az)

Həmçinin oxuyun

Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşdü (FOTO)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səkkiz illik fasilədən sonra ilk dəfə CHP lideri Özgür Özel …