Ana səhifə / Dünya / Millətlər Kubokunda dava – 1 ölü, 37 yaralı

Millətlər Kubokunda dava – 1 ölü, 37 yaralı

Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində keçirilən Madaqaskar – Seneqal matçından öncə faciə yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, “Antananarivo” stadionunda təşkil olunan matça həddən artıq çox azarkeşin gəlməsi iğtişaşlara səbəb olub.

Belə ki, arenaya buraxılmayan çoxlu tərəfdar matçı izləmək üçün təhlükəsizlik əməkdaşları ilə əlbəyaxaya çıxıb.

Azarkeşlərin öz arasında da böyük izdiham yaşanıb. Hadisə nəticəsində azı 1 nəfərin öldüyü, 37 nəfərin xəsarət aldığı bildirilir.

Qeyd edək ki, oyun 2:2 hesabıyla başa çatıb.

Həmçinin oxuyun

Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşdü (FOTO)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səkkiz illik fasilədən sonra ilk dəfə CHP lideri Özgür Özel …