Ana səhifə / Dünya / Millət vəkili arvadına bahalı ayaqqabı aldı

Millət vəkili arvadına bahalı ayaqqabı aldı

Şimali Kipr Türk Respublikasında adı açıqlanmayan millət vəkil həyat yoldaşı üçün 17 min lirə dəyərində ayaqqabı alıb.

Bu hadisə İstanbul ziyarətindən qayıdarkən Lefkoşa Ercan hava limanının VIP keçidində Gömrük əməkdaşları tərəfindən aparılan yoxlanış zamanı aşkarlanıb.  Gömrük işçiləri ayaqqabılar üçün qanuni vergi rüsumu tətbiq etmək istəsələr də, sözügedən ayaqqabıların millət vəkilinə məxsus olduğu aşkar edildikdə ölkəyə rüsumsuz girişinə icazə verilib.

Ölkənin media qurumlarında xəbər aşağıdakı şəkildə öz əksini tapıb:

“Xalq və hökumət epidemiya səbəbiylə iqtisadi çətinliklər yaşadığı bir vaxtda deputatın arvadı üçün 17 min lirəlik ayaqqabı almasına gözlənilməzdir”.

Həmçinin oxuyun

Putin rus hərbçilərin Ermənistanın 6 bölgəsindən çıxarılmasına razılaşıb

Rusiya hərbçiləri Ermənistanın müxtəlif bölgələrində xidmətlərini dayandırırlar. Bu barədə “Bagramyan26” Telegram kanalı məlumat yayıb. Qeyd …