Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Dünya / “MƏNİM İÇİM DƏ QANAYIR….” – Putin Kiyevin bombalanmasından danışdı

“MƏNİM İÇİM DƏ QANAYIR….” – Putin Kiyevin bombalanmasından danışdı

“Rusiya Ukraynadakı münaqişəni bitirmək istəyir”.

Bunu Rusiya prezidenti Vladimir Putin hərbi hospitalda hərbçilərlə görüşündə bildirib.

Onun sözlərinə görə, Ukrayna Rusiyanın düşməni deyil, Rusiyanın düşməni onun strateji məğlubiyyətinə nail olmaq istəyənlərdir: “Qərb əsrlər boyu Rusiya ilə məşğul olmaq vəzifəsini qarşısına qoyub, lakin biz, deyəsən, onlarla daha tez məşğul olacağıq. Biz də münaqişəyə son qoymaq istəyirik, ancaq öz şərtlərimizlə…”

Putin qeyd edib ki, döyüş meydanında vəziyyət dəyişir, “düşmən sönməy”ə başlayıb.

Rusiya prezidenti Belqorodda baş verənləri isə terror aktı adlandırıb

“Əlbəttə, biz Kiyevin və istənilən başqa şəhərin meydanlarına zərbə endirə bilərik. Başa düşürəm, mənim içim də qaynayır, amma bizə mülki insanları vurmaq lazımdır? Xeyr, biz hərbi hədəfləri vururuq, belə də edəcəyik”, -deyə Rusiya prezidenti vurğulayıb. (APA)

Həmçinin oxuyun

HƏMAS İsrailin atəşkəs təklifinə razılıq verib

HƏMAS terror təşkilatı İsraillə ötən ilin oktyabrın 7-dən bəri Qəzza zolağında aparılan müharibədə atəşkəsə razılıq …