Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Dünya / Jurnalist Jirinovskini özündən çıxardı – VİDEO

Jurnalist Jirinovskini özündən çıxardı – VİDEO

Rusiyada “Kommersant” qəzetinin müxbiri Andrey Kolesnikovun bir gün əvvəl prezidentliyə namizədlərin teledebatında baş verən gərginliklə bağlı sualı Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovskini özündən çıxarıb.

Bu barədə RİA Novosti məlumat yayıb.

Xatırladaq ki, bir gün əvvəl “Rossiya 1” telekanalının efirində Jirinovski ilə prezidentliyə namizəd Kseniya Sobçak arasında gərginlik yaşanmış, sonuncu təhqiramiz ifadələrə görə, Jirinovskinin üstünə su atmışdı.

Bu gün Liberal Demokratların lideri Moskva “Manejində” açıqlama verən zaman, “Kommersant”ın müxbiri Andrey Kolesnikov ona yaxınlaşıb və teledebatda yaşanan gərginliyin səbəbini öyrənməyə çalışıb. Müxtəlif replikalarla mübadilədən sonra Jirinovski hiddətlənib.

“Sən təxribatçısan, ay jurnalist, sənə maraqlı məlumat lazımdır…Xoşuna gəlmir- dur rədd ol! ”-deyə Jirinovski bildirib.

Həmçinin oxuyun

HƏMAS İsrailin atəşkəs təklifinə razılıq verib

HƏMAS terror təşkilatı İsraillə ötən ilin oktyabrın 7-dən bəri Qəzza zolağında aparılan müharibədə atəşkəsə razılıq …