Ana səhifə / Dünya / İranda məktəblilərə Azərbaycan türkcəsi tədris olunacaq

İranda məktəblilərə Azərbaycan türkcəsi tədris olunacaq

İranın Şərqi Azərbaycan əyalətində Azərbaycan türkcəsi tədris olunacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə əyalətin Təhsil və Tədris müdiri Cəfər Paşayi məlumat verib. Onun sözlərinə görə, 23 sentyabrdan etibarən bəzi məktəblərdə Azərbaycan türkcəsi dərslərinə başlanılacaq. Dərslər həftədə 2 saat olmaqla ümumilikdə 60 saat tədris ediləcək. Bu addıma səbəb bölgə əhalisinin tələbi olub.
Cəfər Paşayi qeyd edib ki, Konstitusiyanın 15-ci maddəsi təhsil müəssisələrində həm dövlət dili olan farscanın, həm də ərazidə geniş istifadə olunan digər dillərin tədrisini nəzərdə tutur və bu barədə tələblər daim dəyərləndirilib.

Həmçinin oxuyun

Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşdü (FOTO)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səkkiz illik fasilədən sonra ilk dəfə CHP lideri Özgür Özel …