Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / “Türkiyə o heykəlin götürülməsi ilə bağlı Ermənistana nota verməlidir”

“Türkiyə o heykəlin götürülməsi ilə bağlı Ermənistana nota verməlidir”

Bir neçə saat bundan öncə Moderator.az-da ermənilərin Tələt Paşaya qarşı etdiyi ağılasığmaz şərəfsizliyi ilə bağlı gedən yazı Ermənişünas alim, Türkiyənin Ərciyəz universitetinin ermənişünaslıq bölümünün rəhbəri Qafar Çaxmaqlının hiddətinə səbəb olub və professor Moderator.az-a aşağıdakı məzmunda yazı göndərib:
Həmin yazı bu linkdə: https://www.moderator.az/news/285451.html

“Aytən Mustafayevalıq deyil, o çoxdan bilinən bir şey idi. Və Türkiyədə bununla bağlı yazılar gedib. Son zamanlar Azərbaycanda onu ilk dəfə paylaşan  araşdırmaçı Hatəm Cabbarlı olub. Onun statusuna mən də şərh yazmışam. Özü də o terrorist Teyliryan yox, Tehleryandır. Ermənilərin 1919-cu ildə qurduğu “Nemesis” terror təşkilatının üzvü olub. Nemesis təşkilatı xüsusi tutduğu siyahı ilə Türk böyüklərini öldürməyi qarşıya məqsəd qoyub. İttihad və Tərəqqi liderləri Tələt paşa, Camal paşa və digərləri bu terrorçu qruplaşmanın əli ilə öldürülüb. Bizim Behbud bəy Cavanşir, Xan Xoyski və digər cumhuriyyət xadimləri də bu təşkilatın siyahısında yer alıb və onların həyatına qəsd edilib.1921-ci ildə Berlində törədilmiş Tələt paşa cinayətindən sonra burada qurulan məhkəmədə Soğomon Tehleryan bəraət alıb, 1960-da Amerikada San-Fransiskoda ölüb. Onun heykəlinin qoyulduğu qəsəbə ən qatı Türk düşməni hesab oluna Maralik (Şirak vilayəti) qəsəbəsidir, Oraya yaxın başqa bir kənddə, hətta sovet zamanı Andranikə heykəl qoyulmuşdu. Adını yazmamış və onu simvolik erməni xalqının qəhrəmanı kimi təqdim edirdilər. Amma  hamı bilirdi ki, bu heykəldəki fiqur Andranikdir. Ermənilər təəssüf ki, terroristləri qəhrəman kimi qələmə verirlər. Bunlar da belə millətdir. Terroristə qəhrəman deyən millət. 
Andranikin heykəli qoyulan kəndin adı Molla Musa idi. Vaxtilə bu kənddə Azərbaycan türkləri yaşamışdı, 1918-ci ildə buranı tərk edib əsasən Qars bölgəsinə yerləşmişdilər.  Ermənilər Molla Musalılardan həmişə çəkinmişdilər.
Bu olaya – yəni bir türk böyüyünün ayaqlar altına alınmasına çox ciddi etiraz edilməlidir, məsələ ictimailəşdirilməlidir. Türkiyə o heykəlin götürülməsi ilə bağlı Ermənistana nota verməlidir,. İstanbuldan dəyərli diaspor rəhbəri Sefer karakoyunlu ilə bu gün əlaqə saxlamışam. Onlar bu heykəlin gerçəkdən qoyulduğunu aydınlaşdırmaq istəyirdilər. Məsələni ciddiləşdirmək və ermənilərə yumşaq münasibət göstərən qruplara bəzi dərslər vermək lazımdır. Türkiyədə 70 minə yaxın erməni qaçaq olaraq çalışmaqdadır. Dövlət onların burada çörək qazanmasına göz yumur… Ölkələrində isə Türkiyə belə təhqir olunur.
Xatırladım ki, heykəl 2015-ci ildə  açılıb, heykəltəraş Gümrülü Samvel Petrosyandır. Açıqlamalarının birində Tehleryanın ayağının altındakının baş deyil, qaya parşası olduğunu deyib, ehtimal ki, bunu qorxudan etmişdir, aydın görünür ki, ayağın altındakı başdır və o Tələt paşaya bənzəyir”.
Moderator.az əməkdaşının “Bəs niyə 4 il ərzində rəsmi Ankara “ağzına su alıb” susub?” sualına ermənişünas alıb belə cavab verib:
“Ankara su alıb susmayıb. Türk mətbuatında bununla bağlı yazı getdiyini xatırlayıram, amma ciddi əhəmiyyət verilməyib, görünür heykəltətaşın ayaqlar altındakı qaya parçasıdır sözünü nəzərə alıblar.  Bəlkə də heykəlin ilkin variantında qaya parçası olub. Sonra aoraya Tələt paşanın başını həkk eləyiblər. Araşdırmağa ehtiyac var. Türkiyənin də nədən ciddi təpki göstərməməsi məsələsi ətrafında polemika açıla bilər. 2015-də Türkiyə, əslində Ermənistanın onun üzərinə daha güc-qüvvətlə gələcəyini gözləyirdi. Bu heykəl, bəlkə bir az təsirsiz hesab olunub, buna ciddi arqument kimi baxılmayıb. Bu ehtimallardır, amma indi bu məsələ gündəmə daşınsa, heç də gec deyil. Erməni vandalizminin bir örnəyi kimi üzərinə getmək olar”.

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …