Cümə axşamı , May 9 2024
Ana səhifə / Dünya / “İnterpol”un sabiq rəhbərinin həyat yoldaşı təşkilatı məhkəməyə verib

“İnterpol”un sabiq rəhbərinin həyat yoldaşı təşkilatı məhkəməyə verib

Çində rüşvət almaqda ittiham olunan “İnterpol”un sabiq rəhbəri Men Xunveyanın həyat yoldaşı Qreys Men təşkilatı məhkəməyə verib.

APA-nın “South China Morning Post” nəşrinə istinadən verdiyi məlumata görə, Q. Men “İnterpol”u M. Xunveyanı müdafiə edə bilməməkdə və ailəsinə kömək etməməkdə, Çinin beynəlxalq hüquqa zidd fəaliyyətinin iştirakçısı olmaqda günahlandırır.

Eyni zamanda Q. Men “İnterpol”un məhkəməyə müraciət etməməsi üçün təzyiq göstərməyə çalışdığını da açıqlayıb: ““İnterpol” bu informasiyanı  ictimaiyyətə açıqlamamağın üçün məni hədələsə də, Haaqa Üçüncü Məhkəməsinin Daimi Palatasında “İnterpol” əleyhinə məhkəmə araşdırması başlanıb. Tribunal yaradılacaq və bu tribunal “İnterpol”un Men Xunveyanın yoxa çıxmasının yalnız Çin və Fransanın müvafiq orqanlarının işi olub-olmadığını müəyyənləşdirəcək. Tribunal “İnterpol”un Men Xunveyanın ailəsi qarşısındakı öhdəliklərini pozub-pozmadığını da araşdıracaq”.

Həmçinin oxuyun

Rusiyada Telman İsmayılova yeni cinayət işinin açıldığı bildirilir

Rusiyanın “Çerkizovski” bazarının keçmiş sahibi Telman İsmayılovun cinayət işində yeni epizodlar ortaya çıxıb. Bu barədə …