Ana səhifə / Dünya / Gürcüstanda koronavirusa yoluxma halları artıb

Gürcüstanda koronavirusa yoluxma halları artıb

“Gürcüstanda COVID-19-a yoluxma halları artır”.
Bunu ökənin Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze deyib. Onun sözlərinə görə, son bir həftə ərzində orta hesabla gündə 300-ə qədər yeni COVID-19 hadisəsi müəyyən edilib.

“Bu o deməkdir ki, ölkədə COVID üzrə müayinə olunanların hamısının (gündə təxminən 4000 test) 7-8%-nin nəticəsi müsbətdir. Buna uyğun olaraq xəstəxanaya yerləşdirilənlərin sayı da artıb. Bununla belə, ölüm halları minimum səviyyədə qalır: ayda bir hadisə”, – deyə T.Tsertsvadze bildirib.
Qeyd edək ki, Gürcüstanda artıq koronavirusunun omikron ştammının EG.5 variantının yayıldığı ehtimal olunur, ancaq bu, rəsmi olaraq (laboratoriya) təsdiqlənməyib.

Həmçinin oxuyun

Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşdü (FOTO)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səkkiz illik fasilədən sonra ilk dəfə CHP lideri Özgür Özel …