Çərşənbə , May 8 2024
Ana səhifə / Dünya / Gürcüstan hökuməti müxalifətin tələbini qəbul etdi

Gürcüstan hökuməti müxalifətin tələbini qəbul etdi

2020-ci ildə Gürcüstanda proporsional sistem üzrə növbədənkənar parlament seçkiləri keçiriləcək.

“Qafqazinfo”nun “Sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, bu barədə hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının sədri Bidzina İvanişvili açıqlayıb.

“Gürcü arzusu – demokratik Gürcüstan” geniş miqyaslı siyasi islahatlara başlayır. 2020-ci il parlament seçkiləri proporsional sistemdə keçirilməlidir”, – deyə siyasətçi bildirib.

Bununla da, hökumət iyunun 20-dən ölkədə etiraz aksiyaları keçirən müxalifətin üç tələbindən birini qəbul edib.

Qeyd edək ki, digər tələblər bunlar idi: Daxili İşlər naziri Giorgi Qaxarianın istefası və iyunun 20-də aksiyada saxlanılmış 305 nəfərin azadlığa buraxılması.

Həmçinin oxuyun

HƏMAS İsrailin atəşkəs təklifinə razılıq verib

HƏMAS terror təşkilatı İsraillə ötən ilin oktyabrın 7-dən bəri Qəzza zolağında aparılan müharibədə atəşkəsə razılıq …