Ana səhifə / Dünya / “Boeing” şirkəti İrana təyyarə satışından imtina edib

“Boeing” şirkəti İrana təyyarə satışından imtina edib

“Boeing” korporasiyası sanksiyalar səbəbindən İrana təyyarə satışından imtina edib.

“Report”un TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə “Agence France-Presse”ə (AFP) açıqlamasında “Boeing”in rəsmi nümayəndəsi bildirib.

“Hələ ki, biz İrana təyyarə göndərməmişik. Artıq İranla ticarətə dair lisenziyanın olmaması səbəbindən biz təyyarələri göndərməyəcəyik”, – rəsmi nümayəndə deyib.

Xatırladaq ki, ABŞ-ın İrana qarşı sanksiyaların ləğvindən sonra “Boeing” “Iran Air” və “Iran Aseman Airlines” aviaşirkətləri ilə dəyəri 20 mlrd dollaradək olan sazişlər imzalamışdı.

Həmçinin oxuyun

Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşdü (FOTO)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səkkiz illik fasilədən sonra ilk dəfə CHP lideri Özgür Özel …