Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / AKP-dən yeni hökumət və CHP ilə bağlı açıqlama

AKP-dən yeni hökumət və CHP ilə bağlı açıqlama

Türkiyədə qurulacaq yeni hökumətin tərkibi biznes sahəsi, mədəniyyət və idman dünyasındakı, ölkə xaricində yaşamış insanlardan formalaşdırıla bilər.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Mahir Ünal açıqlama verib.
AKP sözçüsü CHP-nin yaşadığı məğlubiyyət fonunda bu partiyadan prezidentliyə namizəd Muharrəm İncənin qazandığı rəğbətə münasibət bildirib. Vurğulayıb ki, İncə Türkiyənin son 40 illik tarixində 30 faizlik psixoloji həddi aşa bilən bir namizəd kimi hazırda CHP-nin təbii liderinə çevrilib.

“Muharrəm İncənin təmsil etdiyi partiyadan daha çox səs qazanması Kamal Kılıçdaroğlunun partiya liderliyi məsələsində mübahisəli vəziyyət yaradıb”, – deyə Ünal bildirib. (AzVision.az)

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …