Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Dünya / 11 sentyabrla bağlı gizli sənəd yayılıb

11 sentyabrla bağlı gizli sənəd yayılıb

ABŞ Federal Təhqiqat Bürosu (FTB) ilk dəfə 11 sentyabr 2001 -ci il hadisələrinə dair sənədlərin bir hissəsini yayıb.

Sənəd FTB-nin saytında yerləşdirilib. Qeyd edək ki, bu sənədlər ABŞ prezidenti Co Baydenin fərmanına əsasən məxfilikdən çıxarılıb.

Saytda yerləşdirilən sənəddə qeyd olunur ki, bu material 3 sentyabr 2021 -ci ildə imzalanmış sərəncama uyğun olaraq nəşr olunur. Dərc edilən sənəd 2016 -cı ilə aiddir və 16 səhifədən ibarətdir. Sənəd Səudiyyə Ərəbistanının Los -Ancelesdəki konsulluğunda işləyən bir şəxsin ifadəsinə əsaslanır. Həmin adam sonradan Amerika vətəndaşlığı almaq istəyib.

Mənbə şəxsin adını məxfilik naminə açıqlamır.

Hesabatda 11 sentyabr 2001 -ci ildə sərnişin təyyarələrinin qaçırılmasında iştirak edən terrorçulara əhəmiyyətli maddi -texniki dəstək verə biləcək şəxslərlə bu şəxsin təmaslarına aid məlumatlar var.

Sənəddə ifadə verən şəxsin Səudiyyə Ərəbistanının digər iki vətəndaşı ilə təmaslarından bəhs edilir. Onlardan biri də Səudiyyə Ərəbistanının Los Ancelesdəki konsulluğunda çalışıb. FTB hesab edir ki, digər şəxs Səudiyyə kəşfiyyatının agenti ola bilər.

Həmçinin oxuyun

Putin: Navalnını Qərb ölkələrində saxlanılan rusiyalılarla dəyişməyə razılaşmışdım, amma o öldü

Rusiya Prezidenti Vladimir Putin həbsxanada vəfat edən Aleksey Navalnın mübadiləsinə razılıq verdiyini söyləyib. Bu barədə …