Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Cəmiyyət / Yevlaxın 68 yaşlı qadın təmirçisi… – Fotolar

Yevlaxın 68 yaşlı qadın təmirçisi… – Fotolar

Yevlaxda Xuraman Məmmədovanı tanımayan yoxdur.
O, su motoru, tozsoran, ətçəkən və digər elektrikli avadanlıqları təmir edərək onları yenidən işlək vəziyyətə gətir.
X. Məmmədova çalışdığı məkanı çiçəklərlə bəzəyib. Deyir ki, Bərdə, Tərtər, Ağdaş və Ucardan da təmir üçün ona müraciət edənlər var.
Təmirçi qadın sarğısı yanan məişət avadanlıqlarını 1 saata işlək vəziyyətə gətirdiyini deyir və bildirir ki, müştəri olsa, gün ərzində 4-5 belə iş görə bilər.
Xuraman Məmmədovanın peşəsi çətin olsa da, sənətinə vurğundur. Qazancın da qane etdiyini deyir. Hazırda kimsəni öyrətmir. Əlinə baxıb bir qadın sənəti öyrənsə də, davam etməyib. Bir övladı onun sənəti ilə məşğuldur. Müsahibim 70 yaşına qədər işləyəcəyini deyir.
Yevlaxda Xuraman Məmmədovaya həm də “təqaüdçülərin anası” deyirlər. Xanım usta hər zaman onları növbəsiz yola salır, həm də əl haqqını az alır.

Həmçinin oxuyun

Bakıda indi də taksi tapılmır…

Son günlərdə Bakıda taksi xidməti ilə bağlı müəyyən dəyişikliklər nəzərə çarpır. “Qafqazinfo” xəbər verir ki, …