Ana səhifə / Cəmiyyət / Xalq yazıçısı: “Bizim ölkədə görkəmli yazıçıların kitabları ən azı 5000 nüsxə çıxmalıdır”

Xalq yazıçısı: “Bizim ölkədə görkəmli yazıçıların kitabları ən azı 5000 nüsxə çıxmalıdır”

Artıq bir neçə müddətdir ki, Bakının bəzi mərkəzi parklarında müxtləlif nəşriyyatların təşkilatçılığı ilə endirimli kitab yarmarkaları keçirilir.

Yarmarkaların kitaba olan marağa təsirləri haqqında Sputnik Azərbaycan-a danışan Xalq yazıçısı Natiq Rəsulzadə deyib ki, belə fəaliyyətləri faydalı saymaq olar:

“Amma kitabla bağlı problemlərin həlli üçün kompleks tədbirlər görülməldir. Kitab satışı baxımından yarmarkalar gözəldir, ancaq həm də yeni formalar tapmaq lazımdır. Əsas məslələrdən biri də odur ki, bizdə kitab yayımı ilə məşğul olan mütəxəssislər yoxdur. Yazıçı kitab yayımı ilə məşğul olan mütəxəssis deyil. On milyonluq ölkədə görkəmli yazıçıların kitabları gərək 400-500 nüsxə çıxmasın, bu say ən azı 5000 olmalıdır. Çünki oxucu var və onu tərpətmək lazımdır”.

Həmçinin oxuyun

Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini …