Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Cəmiyyət / Vətənə qayıda bilməyən azərbaycanlılar üçün Rusiyada yerləşmə məntəqəsi açılır – VİDEO

Vətənə qayıda bilməyən azərbaycanlılar üçün Rusiyada yerləşmə məntəqəsi açılır – VİDEO

Koronavirus pandemiyasına görə sərhədlərin bağlanması səbəbindən Rusiyadan vətənə qayıda bilməyən Azərbaycan vətəndaşları üçün müvəqqəti yerləşmə məntəqəsi açılacaq. 

TASS-ın məlumatına görə, məntəqəni Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Dağıstan Respublikası üzrə İdarəsi açacaq.

Məlumatda bildirilir ki, Rusiya FHN-in Dağıstan Respublikası üzrə Baş İdarəsinin avtomobil qatarı Mahaçqaladan Məhərəmkənd rayonuna 210 nəfərlik insan üçün avadanlıq çatdırıb. 

Hazırda həmin regionda Azərbaycana qayıda bilməyən çoxlu sayda vətəndaşımızın olduğu bildirilir. 

Həmçinin oxuyun

Bakının məşhur bazarı sökülə bilər

Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsindən …