Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Cəmiyyət / Tibb Universitetinə yeni rektor təyin edildi – Sərəncam

Tibb Universitetinə yeni rektor təyin edildi – Sərəncam

Azərbaycan Tibb Universitetinə yeni rektor təyin olunub.
Azinforum.az xəbər verir ki, bu barədə lent.az-a Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova məlumat verib.

G.Aslanova bildirib ki, təhsil ocağının yeni rəhbəri Gəray Gəraybəylidir. Gəray Gəraybəylini səhiyyə naziri Oqtay Şirəliyev kollektivə təqdim edib.

Qeyd edək ki, Gəray Gəraybəyli bu təyinatadək respublikanın baş psixiatrı vəzifəsində çalışıb.

Universitetdən yeni təyinatla bağlı geniş açıqlama veriləcəyi bildirilib.

Həmçinin oxuyun

Elmira Axundovadan qalmaqallı məktubla bağlı açıqlama: – “Bəsdirin də, biz min dənə məktub yazırıq”

Sabiq səfir Elmira Axundova Ramiz Mehdiyevə 2018-ci ilin 30 iyun tarixində oğlu Həbib Axundovun adının …

Bir cavab yazın