Çərşənbə , May 8 2024
Ana səhifə / Cəmiyyət / Tatlısəsi azərbaycanlı həkim sağaltdı

Tatlısəsi azərbaycanlı həkim sağaltdı

Azərbaycanlı loqoped Esmria Kazımova Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəsi sağaldıb.
Azinforum.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Tatlısəs özü sosial şəbəkədə yazıb:
“Son zamanlar danışanda insanlara dediklərimi 2 dəfə təkrar etmək məcburiyyətində qalırdım. Hər şeyin çarəsi var deyib, bu xırda problemi loqopedlə həll etməyə qərar evrdim. Allah yenə mənə kömək etdi və Esmira Kazımovanı qarşıma çıxardı. 1 ayda problemi həll etdik. Loqopedimə çox təşəkkür edirəm”.
Xatırladaq ki, İbrahim Tatlısəs 14 mart 2011-ci ildə İstanbulda silahlı hücuma məruz qalıb. Başından güllə yarası alan müğənni iflic olmuş və nitqində problemlər yaranmışdı.

Həmçinin oxuyun

Bakıda indi də taksi tapılmır…

Son günlərdə Bakıda taksi xidməti ilə bağlı müəyyən dəyişikliklər nəzərə çarpır. “Qafqazinfo” xəbər verir ki, …