“Həm yaşlı, həm də gənc tarixçilər xarici dilləri öyrənməlidirlər. Tarixçilərə mane olan ən böyük amil xarici dil məsələsidir”.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli “Prezident sərəncamının işığında: Azərbaycan Xalq Cümhuriyyəti – 100” mövzusunda keçirilən elmi konfransda deyib.
O bildirib ki, xarici dil öyrənmək tarixi faktları öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir: “Dil bilikləri bizim gələcək işimizin təminatıdır. Tədqiqat işlərində tədqiqatçının özünün dil biliyinin olmasına böyük ehtiyac var. Həmçinin kitabxanalarda işləmək, konfranslarda çıxış etmək, müzakirələrdə iştirak etmək üçün dil bilikləri vacibdir”. (Report.az)