Bazar ertəsi , May 20 2024
Ana səhifə / Cəmiyyət / Rəsulzadənin nəvəsi Eynulla Fətullayevin portretini niyə çəkib? “Pul-filan almamışam”

Rəsulzadənin nəvəsi Eynulla Fətullayevin portretini niyə çəkib? “Pul-filan almamışam”

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, tanınmış rəssam Rais Rəsulzadə jurnalist Eynulla Fətullayevin portretini çəkdiyi üçün haqqında səslənən tənqidlərə münasibət bildirib.

R.Rəsulzadə Pravda.az-a müsahibəsində deyib ki, protreti E.Fətullayev üçün hədiyyə olaraq çəkib.

“Eynulla Fətullayev jurnalistdir, mən də jurnalistin portretini çəkmişəm. Sifariş deyil, özünə hədiyyə verəcəyəm. Rəssam kimi istəyirsə, onun portretini çəkə bilər. Kim kimi gözdən salmağa çalışır? Kimsə deyəcək ki, filankəsi çək, filankəsi yox? Bu nə deməkdir ki? Bunu ancaq sənətdən başı çıxmayan adam deyə bilər. Mən hansısa jurnalistə deyə bilərəm ki, filankəsdən yaz, digərindən yox? Portretin qarşılığında pul-filan almamışam. Eynulla Fətullayevin “Youtube”da son verilişlərinə qulaq asmışam, savadlı insandır, savadlı jurnalistdir. Mən də şəklini çəkmişəm. Görüşəndə özünə hədiyyə edə bilərəm. Portretini çəkdiyimdən xəbərinin olub-olmadığını bilmirəm. Müzakirə olunur, olsun, burada nə var ki?”, – o bildirib.

R.Rəsulzadə əməkdaşımızın “bu jesti növbəti dəfə kimin üçün etməyi düşünürsünüz? Mirşahin Ağayevin portretini çəkməyinizi təklif edirlər” sualına isə gülərək belə reaksiya verib: “Sizi görsəydim, xoşum gəlsəydi, sizi də çəkərdim. Belə şeylər müzakirə obyekti deyil. Bizim nə qədər problemlərimiz var, siz məndən yaxşı bilirsiniz. Fikri buna yönəltmək lazımdır – ciddi məsələlərə. Belə şeylərlə baş qatmaq lazım deyil. Kim kimin portretini çəkib, ya çəkməyib. Bu, müzakirə olunası məsələ deyil. Pisdir, ya yaxşıdır, bəyənirsən? Əsas işin keyfiyyətidir. Kiminsə kimdənsə xoşu gəlmirsə, bunun məsələyə aidiyyatı yoxdur. Sizi kimsə ilahə sayar, başqası sizə qısqanclıq edər, xoşu gəlməz. Ona görə də belə şeylərə fikir verməyin. Əsas işin keyfiyyətinə fikir verin. Sənət ya var, ya yoxdur, ya yaxşıdır, ya da pisdir, vəssalam. Qalan şeylər bir az etikadan kənardadır”.

Həmçinin oxuyun

“Azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində oxuyur” – Emin Əmrullayev

Dövlət təqaüdü ilə təhsil alan azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində oxuyur. Azərbaycanın Britaniyadakı Səfirliyindən “Report”a …