Çərşənbə , May 8 2024
Ana səhifə / Cəmiyyət / Rejissor Rövşən Almuradlı dayanacaqda qəflətən dünyasını dəyişib

Rejissor Rövşən Almuradlı dayanacaqda qəflətən dünyasını dəyişib

Sumqayıtda ölüm hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, bu gün səhər saatlarında şəhərin Sahil küçəsində dayanacaqda avtobus gözləyən şəhər sakini Rövşən Almuradlının qəflətən vəziyyəti pisləşib. Əraziyə dərhal təcili tibbi yardım çağırılıb. Həmin şəxs xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Mərhumun ölüm səbəbi bilinmir.

Onun meyiti müayinə üçün aidiyyatı üzrə təhvil verilib.

1954-cü il təvəllüdlü Rövşən Almuradlı rejissordur.

Həmçinin oxuyun

Bakıda indi də taksi tapılmır…

Son günlərdə Bakıda taksi xidməti ilə bağlı müəyyən dəyişikliklər nəzərə çarpır. “Qafqazinfo” xəbər verir ki, …