Ana səhifə / Cəmiyyət / PREZİDENTİN KÖMƏKÇİSİ: “Bircə onu deyə bilərəm ki, Eldar Mahmudov dövlətin naziri olub…”

PREZİDENTİN KÖMƏKÇİSİ: “Bircə onu deyə bilərəm ki, Eldar Mahmudov dövlətin naziri olub…”

Prezidentin iqtisadi məsələlər üzrə köçəkçisi Əli Əsədovun adı “MTN işi” mövzusunda hallanır. Mətbuat vaxtaşırı onun sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla yaxın əlaqələri olması haqda yazır.

Bəzi iddialara görə, Ə.Əsədovla E.Mahmudov hər gün kontakta olublar. Onların Bakının 20-ci sahə massivində yerləşən “Narşərab” restoranında tez-tez görüşdükləri deyilir. Artıq qəzetlər yazır ki, Əli Əsədov “MTN işi”nə görə yaxın vaxtlarda həbs oluna bilər.

Haqqında deyilənlərə aydınlıq gətirmək məqsədilə musavat.com-un əməkdaşı prezidentin köməkçisi Əli Əsədovla əlaqə saxlayıb. Ə.Əsədova bildirib ki, haqqında deyilənlərin heç bir əsası yoxdur: “Bircə onu deyə bilərəm ki, Eldar Mahmudov dövlətin naziri olub, uzun müddət milli təhlükəsizlik naziri postunu tutub. Artıq o, sabiq nazirdi”.

Həbs olunacağı barədə mətbuatda yazılanlara cavab olaraq Ə.Əsədov “mənim həbs olunacağım barədə deyilənlərin əsası yoxdu, cinayət etməmişəm ki, tutulam”cavabını verdi. (Musavat.com)

 

Həmçinin oxuyun

“Yazıq gəlinimi erməni elan etmişdilər” – Elmar Məmmədyarov

“Hakim partiyaya üzv olmamağımın hər hansı səbəbi yox idi. Xarici işlər və müdafiə naziri bitərəf …

Bir cavab yazın