Ana səhifə / Cəmiyyət / Mənsum İbrahimov: “Bu, Gəncə əhalisi üçün gözəl sürpriz olacaq”

Mənsum İbrahimov: “Bu, Gəncə əhalisi üçün gözəl sürpriz olacaq”

Xalq artisti Mənsum İbrahimov yeni yaradıcılıq işlərindən danışıb.

Musavat.com saytına açıqlama verən xanəndə “Leyli və Məcnun” operasının 110 yaşının bu yaxınlarda qeyd olunacağını deyib:

“Bu il bu əsərin yaranmasından 110 il keçir. Şərqin ilk operasıdır. Dahi Üzeyir bəyin, Məhəmməd Füzulinin yaratdığı bir əsər bu günə kimi dünyanın bir sıra ölkələrində nümayiş olunub. Bu əsər ilə çoxsaylı Leylilər, Məcnunlar tanınıb. Mənim də bəxtimə düşüb ki, uzun illərdir bu əsər ilə tanınmışam. Hər zaman istər Bakı, istərsə də, bölgələrimizdə bu əsəri sevə-sevə ifa edirik. Hesab edirəm ki, nə qədər bəşəriyyət var, bizim xalqımız var, “Leyli və Məcnun” həmişə yaşayacaq. Bu əsərin möhtəşəmliyi elə onun muğam üzərində olmasıdır. Dünyada analoqu olmayan operadır. Allah Üzeyir bəyin ruhunu şad etsin”.

Xalq artisti Gəncə şəhərində yeni açılışı olacaq Dövlət Filarmoniyasında tamaşanın nümayişi üçün səfərə hazırlaşdıqlarını da söyləyib: “Leyli və Məcnun”un 110 illiyi münasibətilə Gəncədə böyük səhnə təqdim olunacaq. Eyni zamanda orada möhtəşəm Filarmoniya binasının da açılışı olacaq. Hesab edirəm ki, Gəncə əhalisi üçün gözəl sürpriz olacaq. Özümü çox xoşbəxt hiss edirəm ki, səhnəyə öz tələbələrimlə çıxacağam”.

Qeyd edək ki, tamaşa Gəncə şəhərində fevralın 11-də saat 19:00-da oynanılacaq.

Həmçinin oxuyun

Azərbaycanda “toy bazarı” bağlandı: Artıq cütlüklər belə evlənirlər

“Kim deyirsə “Manaf Ağayev hər gün toyda olur”, inanmayın, yalan deyirlər, indi hər gün toy …