Çərşənbə , May 15 2024
Ana səhifə / Cəmiyyət / Məmurların şəxsi elektron poçtdan işgüzar istifadəsi və dövlət təhlükəsizliyi…

Məmurların şəxsi elektron poçtdan işgüzar istifadəsi və dövlət təhlükəsizliyi…

Arzu Nağıyev: “İstənilən elektron yazışmanın təhlükəsizliyinin təmin edilməsi çox çətin məsələdir”

“Məhz bu baxımdan, işlə bağlı yazışmalar ümumiyyətlə qadağan edilməlidir”

Bir neçə il bundan əvvəl “WikiLeaks” adlı bir sayt bütün dünyanı lərzəyə saldı. Sayt böyük dövlətləri təmsil edən məmurlar və dövlət qurumları arasındakı məxfi yazışmaları ələ keçirmişdi.
Sözügedən materialların ictimailəşməsi bəzi dövlətlər üçün ciddi problemlər yaşatdı.
Hadisədən sonra ABŞ başda olmaqla bir sıra dövlətlər işgüzar yazışmaların şəxsi email-lər üzərindən aparılmasına qadağa qoydu.
Bu amili nə dərəcədə təhlükəli saymaq olar?
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev qəzetimizə açıqlamasında bildirdi ki, ümumiyyətlə, tutduğu vəzifədən asılı olaraq, hər bir məmurun məxfiçiliklə bağlı qrifi olur:

“Kimsə tam məxfi, kimsə məxfi, kimsə də xidməti istifadə üçün nəzərdə tutulan sənədlərlə işləyir. Məhz bu baxımdan, işlə bağlı yazışmalar ümumiyyətlə qadağan edilməlidir. Bundan əlavə, istənilən elektron yazışmanın təhlükəsizliyinin təmin edilməsi çox çətin məsələdir. Demək olar ki, müasir vaxtda mümkün deyil. Buna görə də məişət xarakterli yazılarda belə ehtiyatlı olmaq lazımdır və hətta hər hansı bir sahədə indi və ya gələcəkdə şantaja səbəb ola biləcək yazılar, şəkillər və ya məlumatlar ötürülürsə, bundan da qorunmaq lazımdır. ABŞ və bir sıra xarici dövlətlərin xüsusi xidmət orqanlarında ümumiyyətlə lokal və ya digər elektron şəbəkələrdən istifadə qadağandır və ya bir neçə pilləli qoruyucudan keçir. Mütəmadi olaraq bu proseslər yoxlanır və necə deyərlər, müfəttiş, inspektor yoxlamalarına məruz qalır. Bir faktı da qeyd edim ki, hətta diyircəkli qələmlərdən deyil, adi qələm və pozandan istifadə edilir”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” – VİDEO

“Mənim anam 14 uşaq dünyaya gətirmişdi. O qədər cavan qalmışdı ki, Bakıya gələndə elə bilirdilər, …

Bir cavab yazın