Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Əhali marketlərə “hücum” etdi: Bakıda piştaxtalar boş qaldı – FOTOLAR

Əhali marketlərə “hücum” etdi: Bakıda piştaxtalar boş qaldı – FOTOLAR

Hazırda Bakının əksər marketlərində əsl ajiotaj hökm sürür. Manatın dollara nisbətən 50 faizədək ucuzlaşması xəbərindən sonra paytaxt sakinləri mağazalara üz tutub.  Cebhe.info-nun marketlərdə müşahidə aparan əməkdaşının verdiyi xəbərə görə, bir çox mağazalarda piştaxtalar sözün əsl mənasında hücuma məruz qalıb. Ərzaq mallarının qiymətlərinin bahalaşascağı xəbərini eşidən əhali mağazalardan əsasən ərzaq məhsulları, məişət texnikası və gündəlik tələbat malları alıb. Market xəzinələrinin qarşısında uzun növbələr yaranıb. İnsanlar sanki ərzaq qıtlığı yaranacaqmış kimi piştaxtalara hücum edərək səbətlərini ərzaqla malları ilə doldurublar.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın