Ana səhifə / Cəmiyyət / İlqar Qulusoyun xatirəsinə həsr olunan tamaşa — FOTOLAR

İlqar Qulusoyun xatirəsinə həsr olunan tamaşa — FOTOLAR

Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor Gülnar Hacıyevanın mərhum jurnalist İlqar Qulusoyun xatirəsinə həsr etdiyi “Bir gecənin nağılı” tamaşası oynanılıb.

Səhnə tərtibatçısının Zəminə Orucova, musiqi tərtibatçısının İradə Muradova olduğu tamaşada rolları Zülfiyyə Alhüseynova və Eşqin Quliyev oynayıblar.

Tamaşadan sonra saytımıza açıqlama verən G.Hacıyeva bunları deyib:

“Bu tamaşanı 36 yaşında dünyasını dəyişən mərhum jurnalist dostum İlqar Qulusoyun əziz xatirəsinə həsr edirəm. “Bir gecənin nağılı”nı indiyə kimi hazırladığım ən yaxşı tamaşa hesab edə bilərəm. Tamaşaya İlqarın dostları da gəlmişdilər. Kaş özü də bu tamaşaya baxa bilərdi. Çünki bu haqda onunla dəfələrlə söhbətimiz olmuşdu. Amma qismət deyilmiş”.

Xatırladaq ki, tamaşa Rövşən Ağayevin eyniadlı əsəri əsasında hazırlanıb.

 

Azinforum.az

Həmçinin oxuyun

Azərbaycanda “toy bazarı” bağlandı: Artıq cütlüklər belə evlənirlər

“Kim deyirsə “Manaf Ağayev hər gün toyda olur”, inanmayın, yalan deyirlər, indi hər gün toy …

Bir cavab yazın