Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Cəmiyyət / İlkin Rüstəmzadənin həbsxana gündəliyi nəşr olunub

İlkin Rüstəmzadənin həbsxana gündəliyi nəşr olunub

“Qaranlığın hekayəsi” -ictimai fəal və keçmiş siyasi məhbus İlkin Rüstəmzadənin yazdığı kitab – həbsxana gündəliyi belə adlanır. Müəllif altıillik həbsxana zamanı (2013-2019-cu illər) yaşananlardan bəhs edir.

“Bu kitab təkcə Azərbaycanda siyasi proseslərlə maraqlananlar üçün deyil, daha geniş auditoriya üçün nəzərdə tutulub”, – müəllif Turan-ın müxbirinə deyib.

Onun sözlərinə görə, kitabda diqqəti Azərbaycan həbsxanalarındakı vəziyyətə, repressiyalara, işgəncələrə, kriminal qruplar arasında rəqabətə cəlb edir.

“Mən adətən “kadr” arxasında qalan şeylərə diqqət yetirməyə çalışdım. Məsələn, formal olaraq vərəm xəstələri üçün müəssisə olan “tubzon”da vəziyyətə diqqəti çəkdim, əslində isə bura insanların faktiki olaraq ölümə göndərildiyi yerdir”, – müəllif qeyd edib.

Kitabda həbsxanalarda kriminal aləmin rolu və hakimiyyətlə əməkdaşlığına xüsusi yer ayrılıb.

Azərbaycanda gənclər arasında tez-tez cinayətkar birliklər haqda yalan fikirlər formalaşır, romantik areal yaranır, belə həyat tərzinə rəğbət oyanır. Əslində “avtoritetlər” heç də ədalətin nəcib sərəncamçıları deyil. Kriminal aləm əsasən hakimiyyətdə xidmətdədir və tez-tez siyasi məhbuslara qarşı istifadə olunur.

Fəal İlkin Rüstəmzadənin həbsxana gündəliyi nəşr olunub 

Həmçinin oxuyun

Elmira Axundovadan qalmaqallı məktubla bağlı açıqlama: – “Bəsdirin də, biz min dənə məktub yazırıq”

Sabiq səfir Elmira Axundova Ramiz Mehdiyevə 2018-ci ilin 30 iyun tarixində oğlu Həbib Axundovun adının …