Bazar ertəsi , May 6 2024
Ana səhifə / Cəmiyyət / Generalın qardaşı müavin təyin olundu

Generalın qardaşı müavin təyin olundu

Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini təyin edilib. 

“ Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan prezidentiİlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Vəli Nağıyev Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini təyin edilib.

Qeyd edək ki, 2011 il martın 3-dən 2014-cü il fevralın 11-dək Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Teymur Mehdiyev olub. T. Mehdiyev Azərbaycan prezidenti İlham Əliyevin 5 may 2014-cü il tarixli sərəncamı ilə fövqəladə hallar nazirinin müavini təyin edilib və general-mayor ali hərbi rütbəsi verilib. Ötən dövr ərzində Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifəsinə təyinat olmayıb.

Vəli Nağıyev Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, general-mayor Əli Nağıyevin qardaşıdır.

Həmçinin oxuyun

Rasim Balayev: “Səriştəsi, ustalığı olmayan adamlar film çəkirlər”

“Çox görüşlərdə oluram. Həmişə müxtəlif auditoriyalara dəvət edirlər. Amma hər görüşdən əvvəl adam həyəcanlanır. Məncə, …

Bir cavab yazın