Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Ərimin obyektləri və hotelləri var…” – Manana

“Ərimin obyektləri və hotelləri var…” – Manana

Əməkdar artist Manana həyat yoldaşı Georgi Qabelavenin biznesi ilə bağlı danışıb.

“Qafqazinfo”nun məlumatına görə, sənətçi həyat yoldaşının Gürcüstanda hotellərinin olduğunu bildirib:

“Gürcüstandakı hotellər mənim yox, həyat yoldaşımındır. O, biznesmendir, öz biznesi var. Mənim biznesim yoxdur. Həyat yoldaşım mənlə tanış olmamışdan qabaq belə işlərlə məşğul olub. Dəniz və dağ ərazilərində obyektləri, hotelləri var. O deyir ki, bizimdir, amma mən bunu qəbul etmirəm. Biznes mənlik deyil, sənət insanıyam. O, ağıllı insandır. Devalvasiya olanda da hər şeyə hazır olur”.

Qeyd edək ki, Manana 2008-ci il yanvarın 8-də iş adamı Georgi Qabelave ilə ailə qurub. Cütlüyün Elizabet adlı qızı, David adlı oğlu var.

“Ərimin obyektləri və hotelləri var...” -  Manana
“Ərimin obyektləri və hotelləri var...” -  Manana
“Ərimin obyektləri və hotelləri var...” -  Manana

 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın