Gəncədəki bütün dairələr üzrə səsvermə məntəqələrində GDU-nun tələbə və müəllim korpusundan istifadə olunub.
İddialara
görə, bu prosesin başında rektor Yusif Yusifov dayanıb və onun təlimatı
əsasında seçki saxtakarlığına yol verilib. Həmin gün GDU-nin bir qrup
tələbələri və müəllimləri ayrı-ayrı məntəqələrdə təkrar səs vermədə
iştirak ediblər.
Məlumatda
deyilir ki, rektor Y.Yusifovdan “karusel” təşkil etməsi tələb
olunmayıb. Sadəcə, GDU rəhbərliyi Gəncə şəhər icra başçısı Niyazi
Bayramova canfəşanlığını nümayiş etdirmək üçün seçki saxtakarlığında
fəallıq göstərib. Bildirilir ki, icra başçısı ilə rektorun münasibətləri
o qədər də ürəkaçan deyil, N.Bayramov Y.Yusifovu yaxınlığına buraxmır.
Buna
səbəb rektorun sui-qəsd edilmiş sabiq icra başçısı Elmar Vəliyevlə
yaxınlığı və əlaqələrinin olmasıdır. Ona görə də N.Bayramov ilk vaxtdan
vəliyevçilərlə məsafə saxlayıb, sıx təmas qurmamağa çalışıb.
Elə
seçki günü də icra strukturlarından GDU rəhbərliyinə heç bir tapşırıq
olmayıb ki, karuseldə iştiraka dəstək versinlər. Sadəcə, Y.Yusifov icra
başçısı ilə əlaqələrini möhkəmləndirmək və onun gözünə girmək üçün bu
addımı atdığı iddiaları səslənir.
Başqa
bir xəbərdə isə söylənir ki, GDU rektorunun özfəaliyyəti heç də
bəyənilməyib və yaxşı qarşılanmayıb. Adı tez-tez rüşvət yığılmasında,
müxtəlif qalmaqallarda hallanan bu universitetin imici son illər
tamamilə aşağı düşüb.
Ölkənin
ikinci şəhərinin nüfuzlu və hörmətli ali məktəblərindən olmuş Gəncə
Dövlət Universiteti məhz rektor Yusif Yusifovun idarəçilikdə yol verdiyi
neqativlər ucbatından reputasiyasını itirib.(Reportyor.info)
Həmçinin oxuyun
Azərbaycanda “toy bazarı” bağlandı: Artıq cütlüklər belə evlənirlər
“Kim deyirsə “Manaf Ağayev hər gün toyda olur”, inanmayın, yalan deyirlər, indi hər gün toy …