Ana səhifə / Cəmiyyət / Daxili işlər orqanlarında yeni kadr dəyişikliyi olub

Daxili işlər orqanlarında yeni kadr dəyişikliyi olub

Azərbaycanın daxili işlər orqanlarında yeni kadr dəyişikliyi olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin Polis Bölməsinin rəisi Tahir Həsənov daxili işlər orqanlarında qulluqda olmanın son yaş həddinə çatması ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Digər əmrlə həmin vəzifəyə Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Üzeyir Atamov təyin edilib.

Həmçinin oxuyun

Azərbaycanda “toy bazarı” bağlandı: Artıq cütlüklər belə evlənirlər

“Kim deyirsə “Manaf Ağayev hər gün toyda olur”, inanmayın, yalan deyirlər, indi hər gün toy …