Bazar ertəsi , May 6 2024
Ana səhifə / Cəmiyyət / “Bütün kitabları Azərbaycan dilinə tərcümə etmək mümkünsüzdür” – Rektor

“Bütün kitabları Azərbaycan dilinə tərcümə etmək mümkünsüzdür” – Rektor

Müasir ali təhsildə xarici dilin və xüsusilə də ingilis dilinin rolu böyükdür. Fakt ondan ibarətdir ki, xaricdə çap olunmuş bütün kitabları azərbaycan dilinə tərcümə etmək mümkünsüzdür. Çox ehtimal ki, lazım da deyil. Bu baxımdan mümkün iki variant görünür: milli ali təhsil sistemini ingilis dilli ali təhsilə çevirmək və yaxud milli dildə təhsilalanların yetərli xarici dil biliklərini təmin etməkdir.

Bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov deyib.
Rektor bildirib ki, ingilis dilində təhsili istisna etməməklə rəhbəri olduğu universitetdə daha çox ikinci varianta üstünlük verir. Bu istiqamətdə artıq bir sıra ciddi və uğurlu addımlar atılıb.

Həmçinin oxuyun

Rasim Balayev: “Səriştəsi, ustalığı olmayan adamlar film çəkirlər”

“Çox görüşlərdə oluram. Həmişə müxtəlif auditoriyalara dəvət edirlər. Amma hər görüşdən əvvəl adam həyəcanlanır. Məncə, …