Ana səhifə / Cəmiyyət / Bu il Səudiyyə Ərəbistanında həcc ziyarəti müddətində 8 uşaq anadan olub

Bu il Səudiyyə Ərəbistanında həcc ziyarəti müddətində 8 uşaq anadan olub

Bu il həcc ziyarəti müddətində Səudiyyə Ərəbistanın müqəddəs yerlərində 8 uşaq anadan olub.

Həcc ziyarəti günlərində müsəlman zəvvar qadınlar Məkkənin doğum evlərində 5 uşaq dünyaya gətiriblər. Bu uşaqlardan ikisi Ərafat, biri isə Minada doğulub.

40 yaşlı liviyalı zəvvar qadın Suad Məhəmməd Barbuş Ərafat xəstəxanasında oğlan uşağı dünyaya gətirib və ona Ərafat adı qoyub. Qvineyadan olan 23 yaşlı müsəlman qadın Maymuna Əli isə məşhur Ərafat dağına qalxdıqdan bir neçə saat sonra oğlan uşağı dünyaya gətirib və valideynlər ona Səudiyyə Ərəbistanın vəliəhdi, şahzadə Məhəmməd Salmanın şərəfinə Məhəmməd Salman adı veriblər(azərtac).WhatsAppFacebookFacebook MessengerTwitterShare

Həmçinin oxuyun

Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini …