Çərşənbə , May 8 2024
Ana səhifə / Cəmiyyət / Bu gündən etibarən Məhərrəm ayı başlayır

Bu gündən etibarən Məhərrəm ayı başlayır

Bu gündən etibarən Hicri təqvimi ilə Məhərrəm ayı başlayır.
“Report”un məlumatına görə, cümə günü, Miladi təqvim ilə sentyabrın 22-si Məhərrəm ayının ilk günüdür.
Bu gündən başlayan Məhərrəm ayı oktyabrın 20-də sona çatacaq. Bu ayın 10-cu günü – Aşura oktyabrın 1-nə təsadüf edəcək. Oktyabrın 21-dən isə Səfər ayı başlayacaq.
İmam Hüseynin şəhadətinin qırxıncı günü Səfər ayının 20-nə, Miladi təqvim ilə noyabrın 9-na düşür.
Səfər ayının 28-də (17 noyabr) isə Məhəmmməd peyğəmbərin (s) vəfatı tarixi qeyd olunacaq. Səfər ayı Miladi təqvim ilə noyabrın 19-da başa çatacaq.
Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınır.

Həmçinin oxuyun

Bakıda indi də taksi tapılmır…

Son günlərdə Bakıda taksi xidməti ilə bağlı müəyyən dəyişikliklər nəzərə çarpır. “Qafqazinfo” xəbər verir ki, …

Bir cavab yazın